14 dekabr 2018 23:57
1823

Kərimlinin Paşinyan “sevgisi”

Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatsa da, seçkilərlə bağlı qaranlıq məqamların çoxluğu səbəbindən bu ölkədə gərginlik azalmır. Vəziyyət demək olar ki, hər gün daha da qəlizləşir. Hətta bəzi siyasi analitiklər seçkidə qalib gələn Nikol Paşinyanın komandasının tezliklə devriləcəyini proqnozlaşdırırlar. Robert Koçaryanın tərəfdarları isə təşəbbüs qrupu yaradaraq aksiyalara hazırlaşırlar. Ekspertlərin fikrincə, saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir.

Ermənistanda növbədənkənar parlament seçkilərində qeydə alınan qanun pozuntuları göstərir ki, Nikol Paşinyan qalib gəlmək üçün seçkilərin saxtalaşdırılması yolunu tutub. O, bu seçkilərə hazırlaşarkən fikirləşirdi ki, xalq onun çıxışlarına və verdiyi vədlərə inanaraq səsvermədə daha fəal olacaq. Amma bunun tam əksi baş verdi. Demək olar ki, səsvermə ərəfəsində az-çox yaşlı nəslin nümayəndələri idi. Göründüyü kimi, bunların arasında gənclər heç bir fəallıq göstərmədilər. Nəticədə Ermənistan tarixində görünməmiş seçki oldu. Çox maraqlıdır ki, Ermənistan mətbuatı, erməni ictimaiyyəti, eləcə də beynəlxalq ekspertlər, tanınmış analitiklər Paşinyanın ölkədə yeganə dominant fiqur olmaq uğrunda mübarizə apardığını desələr də, bizim müxalifət bu ölkədə baş verən prosesləri birmənalı olaraq tərifləyir...

Hər zaman çıxışlarında milli ruhdan, vətənpərvərlikdən dəm vuran Əli Kərimli sanki Ermənistanı tərifləməyi, öyməyi öhdəlik olaraq öz üzərinə götürüb. Sosial şəbəkə üzərindən Nikol Paşinyanı lider, Ermənistanı isə demokratik, sivil ölkə kimi qələmə verən Əli Kərimli bu dəfə də özünün üzdəniraq “ənənəsinə” sadiq qalaraq total saxtakarlıqla keçmiş seçkiləri demokratik hesab edərək, hətta bunu ermənilərin böyük demokratik nailiyyəti kimi qiymətləndirdi. İlk olaraq həm Kərimliyə, həm də onun trollarına başa salmaq lazımdır ki, Paşinyanın 100 minlərlə “ölülərin” pripiskası nəticəsində saxtalaşdıraraq “qazandığı” seçkilər vasitəsilə parlamentə qardaşı oğlunu, qaynını, dostunu, həkimini və bərbərini seçib. Əgər demokratiya budursa, o zaman elə Əli Kərimlinin də demokratiya və hakimiyyət haqqında anlayışı bu qədərdir...

Azərbaycanlı olasan, damarında azərbaycanlı qanı axa amma düşmən ölkənin ünvanına heç də reallığa sığmayan ifadələr səsləndirəsən. Bunun nə dərəcədə doğru və yanlış olduğu hər kəsə açıq-aydın məlumdur. Əlbəttə ki, belə məqamda Əli Kərimliyə deyiləsi ağır sözlər çoxdur. Heç nə yox, təkcə o yetər ki, hakimiyyət hərisliyi və erməni sevgisi ona Xocalı soyqırımını, işğal olunmuş əraziləri unutdurub. Əli Kərimli Ermənistanı tərifləməklə bu günədək öldürülmüş 2 milyona qədər azərbaycanlının, deportasiya edilmiş, əlil qalmış, şəhid olmuş 100 minlərlə insanların xatirəsini təhqir etmiş oldu. Sonrada durub ölkə, xalq sevdasından danışır. Hər bir Azərbaycan xalqı onun nə mal olduğunu, nəyə kimə, nə məqsədə işlədiyini çox yaxşı bilir.

Onu da qeyd edək ki, açıq şəkildə hakimiyyət naminə bazar açan Əli Kərimli bir daha Azərbaycan xalqının və dövlətinin düşməni olduğunu, işğalçı ölkədən heç də geri qalmadığını, bundan sonra da hakimiyyət naminə Qarabağı satmaq üçün yeni xəyanətkarlar yetişdirə biləcəyini açıq etiraf edir, hər zaman Dağlıq Qarabağı Ermənistana verməklə hakimiyyətə gəlmək arzularını dilə gətirir...

Mənsumə Babayeva, “İki sahil”