23 yanvar 2018 19:37
897

Parlamentin ilk iclasında 15 məsələyə baxılacaq

Milli Məclisin yaz sessiyasının ilk iclasının gündəliyi məlum olub.

İclasın gündəliyinə 15 məsələ daxil edilib. Bunlar Milli Məclisin İntizam və Hesablayıcı Komissiyasının tərkibi, 2018-ci ilin işlər planı, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” və s. qanun layihələridir.

Qeyd edək ki, parlamentin yaz sessiyasının ilk iclası fevralın 1-də keçiriləcək.