22 iyun 2017 23:34
274

Artur Rasi-zadə və Moldovanın Prezidenti birgə işçi nahar ediblər

Azərbaycanın Baş naziri Artur Rasi-zadə və Moldovanın Prezidenti İqor Dodon birgə işçi nahar ediblər

İyunun 22-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə və ölkəmizdə rəsmi səfərdə olan Moldova Respublikasının Prezidenti İqor Dodon birgə işçi nahar ediblər.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Moldova arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.