22 iyun 2017 23:40
598

Ziyafət Əsgərov andiçmə mərasimində iştirak edəcək

Milli Məclis sədrinin birinci müavini Serbiyanın yeni seçilmiş Prezidentinin andiçmə mərasimində iştirak edəcək

Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Serbiyanın yeni seçilmiş Prezidenti Aleksandr Vuçiçin iyunun 23-də keçiriləcək andiçmə mərasimində iştirak etmək üçün bu ölkəyə səfər edib.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər iyunun 24-də başa çatacaq.