17 noyabr 2017 21:14
572

Rusiyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 19-20-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nazir Sergey Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək.

Qonşu və dost ölkələr olan Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır.