17 fevral 2018 20:47
1530

91 yaşlı seçici: Ən layiqli namizədə səs verəcəm

Aprel ayının 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Binəqədi rayon Şöbəsi hazırlıq işlərinə start verərək fəaliyyətini uğurla davam etdirir. Belə ki, seçki prosesinin yüksək səviyyədə və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə YAP Binəqədi rayon təşkilatında 21 nəfərdən ibarət seçki qərargahı yaradılaraq imzatoplamaya start verilib.

Rayon təşkilatından “İki sahil”ə verilən məlumata görə, imzatoplama kampaniyası uğurla həyata keçirilir. Kampaniyada iştirak edən YAP fəalları və seçicilər yüksəkfəallıq nümayiş etdirirlər. İmzatoplama zamanı 91 yaşlı seçici Misirxanova Zeynəb Mütəlib qızı seçkilərdə mütləq iştirak edəcəyini və ən layiqli namizədə səs verəcəyini bildirib. Bu gün keçirilən kampaniyada Binəqədi rayon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin komitə sədri Eldar İbrahimov iştirak edib.

Qeyd edək ki, imzatoplama kampaniyası zamanı Binəqədi rayonunda fəaliyyət göstərən 3 müstəqil – 8 saylı Binəqədi birinci, 9 saylı Binəqədi ikinci və 10 saylı Binəqədi üçüncü seçki dairələrinin ərazilərindən ümumilikdə 1150 imzanın toplanılması nəzərdə tutulur.

Taleh Bağırov,

“İki sahil”