17 fevral 2018 21:13
1302

Astarada imzatoplama kampaniyası uğurlu başladı

Ölkəmizdə aprel ayında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyinin müdafiəsi üçün Astara  rayonunda  imzatoplama kampaniyası uğurla həyata keçirilir.

Rayon təşkilatından “İki sahil”ə verilən məlumata görə, bu gün səəhər saatlarından başlanan proses uğurla davam etdirir. Seçki prosesinin yüksək səviyyədə və mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə YAP Astara rayon təşkilatında yaradılan seçki qərargahı maksimum imza toplamağa çalışacaq.

“İki sahil”