17 fevral 2018 21:39
1323

Lerik sakinləri imzatoplamada aktivlik nümayiş etdirir

Bu ilin aprel ayında Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərinə hazırlıq işləri hər yerdə olduğu kimi, ucqar Lerik rayonunda da uğurla davam etdirilir.

Rayon təşkilatından “İki sahil”ə verilən məlumatda bildirilir ki, bu gtün səhər saatlarından başlanaraq Lerik şəhər, Çayrıq və Şingədulan ərazilərində seçicilər YAP-ın namizədi üçün imzatoplama kampaniyasında yüksək fəallıqla iştirak ediblər. Seçicilər yekdilliklə bildiriblər ki, onlar hər zaman olduğu kimi bu ilki seçkilərdə də ən layiqli namziədə səs verəcəklər.

“İki sahil”