17 fevral 2018 21:53
1353

YAP könüllüləri imzatoplamada aktivlik göstərir

2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı imzatoplama kampaniyasına start verib. Belə ki, Yeni Azərbaycan Partiyasının üzvü olan könüllülərdən ibarət qrup yaradılaraq onlarla müvafiq treninqlər keçirilib və imzatoplamaya başlanılıb.

Təşkilatdan “İki sahil”ə verilən məlumatda bildirilir ki, rayonu üzrə 2 seçki dairəsi fəaliyyət göstərir ki, bunlardan 66 saylı Biləsuvar Seçki Dairəsi üzrə seçicilərin sayı  48512, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsi üzrə seçicilərin sayı 9049 nəfərdir.

Taleh Bağırov,

 “İki sahil”