14 iyul 2018 17:54
1305

Pakistanda törədilən terror aktı nəticəsində ölənlərin sayı 128-ə çatıb

Pakistanın Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində həlak olanların sayı 128 nəfərə çatıb. Ölənlər arasında “Bəlucistan Avami” partiyasının lideri Navabzada Siray Raysani də var.

Qanlı hadisə zamanı 120 insan yaralanıb. Onların çoxunun vəziyyəti ağırdır.

Partlayışa görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.