16 iyul 2018 18:33
1185

Bakıda qadın sürücü öz həmcinsini avtomobillə vuraraq öldürüb

Bakıda qadın piyadanı avtomobil vuraraq öldürüb.

"Report" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə iyulun 14-də Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində baş verib.

Belə ki, Bakı şəhər sakini Turan Məmmədova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Gülnarə Hüseynovanı vurub. Ağır bədən xəsarətləri alan qadın hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.