16 iyul 2018 20:50
1501

Nazirlik işçilərinin başına DAŞ DÜŞDÜ: ölən və yaralanan var

Ermənistanın paytaxtı İrəvanda Ədliyyə Nazirliyinin “Təcrübə mərkəzi” dövlət təşkilatına məxsus binanın fasadı uçub.

Teleqraf.com “Sputnik”ə istinadən xəbər verir ki, hadisə nəticəsində nazirliyin iki əməkdaşı xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, onlardan biri ölüb. Digəri yaralının isə ağır kəllə-beyin travması aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır/