16 oktyabr 2018 00:11
1864

Malidə iki qayığın batması nəticəsində 26 nəfər ölüb

Malinin şimalında eyni gündə iki qayığın batması nəticəsində ən azı 26 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, RİA Novosti informasiya agentliyinin yaydığı məlumata görə, hər iki qəza oktyabrın 15-də baş verib. Qəza zamanı qayıqlarda ümumilikdə 48 nəfər olub. Onlar Tombuku əyalətindəki yarmarkaya gedirmiş.

Rəsmi məlumata əsasən, indiyə qədər cəsədlərdən 22-ni sudan çıxarmaq mümkün olub.

İnsidentlə bağlı təhqiqat aparılır.