20 aprel 2018 00:23
828

Sumqayıtda mənzildən yaşlı qadın meyiti tapılıb

Sumqayıtda yaşayış binasında mənzildə yaşlı qadının meyiti aşkar olunub.

Şəhər Polis Baş İdarəsindən bildirilib ki, hadisə şəhərin 41a məhəlləsində, ev 1, mənzil 37-də qeydə alınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları, Təcili Tibbi Yardım Stansiyasının həkimləri və Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Xilasetmə Hissəsinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Mənzilə baxış zamanı şəhər sakini, 1941-ci il təvəllüdlü Qalina Vasilevna Culayevanın meyiti aşkarlanıb. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə aparılıb.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.