Menu
  • 22-05-2018
      • Bakı +27+32

  • 22-05-2018
    • $ 1.7
      1.9978

1   2   3   4   5   6

HADİSƏ

Narkoloji Mərkəzin direktoru yanğına görə işdən çıxarılıb

19-04-2018 [ 16:45 ] [ oxunub:586 ]
A+ | A-

Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov vəzifəsindən azad edilib.

Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. Nazirlik rəsmisi bildirib ki, direktor martın 2-də mərkəzdə baş verən yanğınla əlaqədar işdən xaric olunub.

S.Əhmədovanın sözlərinə görə, Narkoloji Mərkəzinin direktor vəzifəsinin icrası Aytən Səmədovaya həvalə edilib.

Qeyd edək ki, martın 2-də Respublika Narkoloji Mərkəzində baş verən yanğın nəticəsində 25 nəfər həlak olub. 

DİGƏR XƏBƏRLƏR