Menu
  • 22-05-2018
      • Bakı +27+32

  • 22-05-2018
    • $ 1.7
      1.9978

1   2   3   4   5   6

HADİSƏ

Yasamal və Binəqədidə oğurluq törədən şəxslər tutulub

19-04-2018 [ 13:14 ] [ oxunub:653 ]
A+ | A-

Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib saxlanılaraq istintaqa cəlb ediliblər.

DİN-dən verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 evdən noutbuk, mobil telefon, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Bayramov saxlanılıb.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən isə rayon ərazisində avtomobillərdən, mağazadan və müxtəlif inzibati binalardan 9 nəfərə məxsus mobil telefonlar, planşet, telefon aksessuarları oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Spartak Salahov saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

DİGƏR XƏBƏRLƏR