16 mart 2018 17:54
1281

Yol təmiri aparılan ərazidə ağır qəza baş verib

Martın 16-da səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 82-ci kilometrində, təmir işləri aparılan ərazidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, Bakı şəhəri istiqamətində hərəkət edən 10 XN 136 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşınının sürücüsü idarəetməni itirərək avtomobili, öncədən xəbərdarlıq nişanları qoyulmasına baxmayaraq, yol kənarında təmir işləri aparan texnikaya çırpıb. Nəticədə qəza zamanı ölən və yaralılar var.

Hazırda faktla bağlı araşdırma aparılır.