16 noyabr 2017 23:12
755

İŞİD Kabildə terror törədib - 18 ölü

İŞİD terror təşkilatının üzvləri Əfqanıstanın paytaxtı Kabildə restoranların birində terror aktı törədib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində 18 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölənlərin 8-i polis işçisidir.

Partlayış zamanı həmin ərazidə Əfqanıstan Prezidenti Əşrəf Qəninin keçmiş müşaviri Ziya Məsudun iştirakı ilə Tacikistan İslam Partiyasının üzvlərinin görüşü keçirilirmiş.