16 noyabr 2017 16:36
650

Slovakiyada qaçqınlarla dolu iki yük maşını saxlanılıb

Slovakiya polisinin saxladığı iki yük maşınında 78 qaçqın olub.

AZƏRTAC Slovakiya KİV-lərinə istinadla xəbər verir ki, yük maşınları ölkənin şimal-qərbində, Çexiya sərhədi yaxınlığında yerləşən Jilina şəhərində saxlanılıb. Suriya, İraq və İran qaçqınları Rumıniyadan çıxıb, Macarıstandan keçərək Almaniya istiqamətində gedirmişlər.

AFP agentliyinin məlumatına görə, kontrabandaçılar hər qaçqına görə 500 avro alıblar.