14 sentyabr 2017 21:46
343

DİQQƏT! Bu oyunu oynayanlar intihar edir

Ankarada bir tələbə kompüter oyunundan sonra intihar edib.

Avqustun 5-də Qazi Universitetinin tələbəsi, 24 yaşlı Evrim Mertin intihar edib. Məlumata görə, tələbənin ailəsi uşaqlarının son zamanlarda davamlı olaraq "Mavi Balina", (Blue Whale) oyunu oynadığını, davranışlarının çox dəyişdiyini, intiharı da bu oyunun təsiri ilə etdiyini iddia edib. Bu səbəbdən, ailə oyunla bağlı şikayət edib, Ankara Prokurorluğu isə istintaqa başlayıb.

Ailənin vəkili Mehtap Demirhan bunula bağlı açıqlama verib: "Xaricdə qadağan edilən "Mavi Balina” və ya "Blue Whale” onu oynayanları intihara sürükləyir. Tələbənin intiharından sonra aparılan araşdırmalar nəticəsində də Mertinin son zamanlar davranışlarının çox dəyişdiyi məlum olub. 50 günlük oyunda oyunçulara qol və ayaqlarının kəsilməsi, verilən müddət ərzində heç kimlə danışmamaq, bədənə zərər verən şeylərin edilməsi istənilir. Ən son günündə isə oyunçudan intihar etməyi istənilir. Oyun oynayan şəxsdən etdiklərinin sübutu üçün kompüterin kamerasının açılmağını tələb edilir”.

Vəkilin sözlərinə görə, intihar edən tələbənin ayağında kəsiklər, boğazında qırmızı ləkələr olub./Metbuat.az