21 may 2018 21:01
922

FHN Bakıdakı güclü partlayışla bağlı məlumat yaydı

FHN Binəqədi rayonunda kafedə baş verən partlayışla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) mayın 21-də günorta saatlarında paytaxtın Binəqədi rayonunda Əhməd Rəcəbli küçəsi - 304 ünvanındakı kafedə baş verən partlayışla bağlı məlumat yayıb.

FHN-dən bildiriblər ki, ümumi sahəsi 25 kvadratmetr olan və çayxana kimi fəaliyyət göstərən tikilinin içərisindəki propan qaz balonunun partlaması nəticəsində obyekt yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan iki nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha iki nəfər – 44 yaşlı İbrahimov Natiq Zahid oğlu və 53 yaşlı İbrahimova Şəkər Xosrov qızı yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıblar.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.