Bakıda baş verən partlayış nəticəsində iki nəfər ölüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova AzVision.az-a bildirib ki, partlayış zamanı ölənlərdən biri kişi, digəri qadındır. Onun sözlərinə görə, hadisə nəticəsində yaralanan 2 nəfər xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bu gün Binəqədi rayonunda, “Elite” ticarət mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə partlayış qeydə alınıb.