22 iyun 2017 22:16
381

DƏHŞƏT: tayfa davasında 100-dən çox adam öldü, atışma davam edir

Nigeriyada iki qəbilə arasında baş vermiş davada 100-dən artıq insan ölüb.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ölkənin Taraba əyalətində Fulanilər və Mambilla qəbilələri arasında “heyvan oğurluğu və örüş problemi” səbəbindən başlayan silahlı qarşıdurmada ölənləri sayı artır.

Məlumatda bildirilir ki, əyalətdəki 180-dən çox Fulani kəndi basqına məruz qalıb. Basıqnlardan sonra bir çox ailələr yaşayış yerlərini tərk edərək başqa vilayətlərə üz tutublar.

Qeyd edək ki, Nigeriyada heyvandarlıqla məşğul olan köçəri Fulani tayfası ilə əkinçiliklə məşğul olan Mambilla qəbilələri tez-tez baş verən qarşıdurmalarda hər il çox sayda insan ölür.