16 noyabr 2017 17:12
553

Goranboy sakini döyülərək huşsuz vəziyyətdə yol kənarına atılıb

Goranboy rayonunda 25 yaşlı oğlan döyülərək yol kənarına atılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xan Qərvənd kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1992-ci il təvəllüdlü İsa Natiq oğlu Heydərov naməlum şəxslər tərəfindən döyülüb. Huşunu itirən İ.Heydərov döyüləndən sonra yolun kənarına atılıb. 

Məlumata görə, İ.Heydərov  başqa yerdə döyülüb, huşunu tiridikdən sonra maşınla gətirilib yolun kənarına atılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.