“BakuBus” MMC-yə məxsus avtobusun salonundan Azərbaycanın qədim dövrünə aid maddi mədəniyyət nümunələri - gümüş və mis pullar tapılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev deyib.
O bildirib ki, bununla bağlı olaraq artıq Milli Azərbaycan Tarixi Muzeyinə məlumat verilib. Tapılan tarixi eksponatlar qanunvericiliyə uyğun şəkildə aidiyyəti üzrə təqdim olunacaq.