21 noyabr 2017 20:52
786

Bərdədə 20 yaşlı qızın əli ətçəkən maşında qalıb

Bərdədə 20 yaşlı qızın əli ətçəkən maşında qalıb.

Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonda məcburi köçkünlərin məskunlaşdığı Bərdə Dövlət İdarəetəmə Texnalogiya Kollecinin yataqxanasında baş verib.

Belə ki, 1997 -ci il təvəllüdlü Məhərrəmov Ayşən Əbülfət qızının əli ətçəkən maşında qalıb. Onun iki barmağı ciddi əzilib. 

Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən A.Məhərrəmovaya tibbi yardım göstərilib.