21 noyabr 2017 21:02
801

“BakuBus”ın avtobusu gənc qızı vurub

“BakuBus”ın avtobusu gənc qızı vurub.

“Report”un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Yasamal rayonunda baş verib.

Belə ki, Hüseyn Cavid prospektində yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Abbaslı Roza Pərviz qızını 3 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” şirkətinə məxsus sərnişin avtobusu vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.