15 dekabr 2017 21:28
680

Xırdalanda yaşayış binasında yanğınla əlaqədar 25 nəfər təxliyə edilib

Abşeron rayonunun Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğın binanın 6-cı mərtəbəsində ümumi sahəsi 55 kvadratmetr olan ikiotaqlı mənzildə qeydə alınıb. Hadisə nəticəsində mənzilin bir otağı 17 kvadratmetr sahədə yanıb. Alovla əlaqədar yanğınsöndürənlər 25 sakini təhlükəsiz əraziyə təxliyə ediblər. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, alov söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.