16 oktyabr 2018 00:49
1886

“Kosmos Energy”nin növbəti uğursuzluğu

Amerikanın “Kosmos Energy” beynəlxalq neft şirkəti  gözlədiyi nəticəni əldə etmədiyi üçün  Surineym sahilində, 42 saylı blokda yerləşən “Pontoenoe-1” kəşfiyyat quyusundakı qazma əməliyyatlarını erkən tamamlayıb.  Şirkət  kommersiya xarakterli karbohidrogen ehtiyatı əldə edə bilməyib. Bu “Kosmos Energy”nin sözügedən ərazidə  qazdığı ikinci boş quyudur.

“iki sahil” offshoreenergytoday.com saytına istinadən xəbər verir ki,  uğur əldə olunmayan  birinci quyu “Anapai-1A”  olub və quyu iyun ayında qazılmışdı.

“Pontoenoe-1” quyusu “Paramaribo” adlı ərazinin 280 kilometrliyində yerləşir  və ümumi dərinliyi təxminən  6194 metrdir.  Şirkət quyunu n hal-hazırda sementlənərək bağlandığını  və tərk olunduğunu elan edib.