16 oktyabr 2018 00:57
1942

«Qazprom» SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə təşəkkür məktubu göndərib

«Qazprom» SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə təşəkkür məktubu göndərib

Sentyabrın 24-də Rusiyanın «Qazprom» Neft Şirkətinin Sankt Peterburq Baş ofisinin Təhlükəsizlik Mədəniyyətinin İnkişafı Departamentinin rəhbəri Asiya Kusunyarova, Təlim üzrə xüsusi inkişaf proqramının rəhbəri Aygül Qallyamova və Statistika və müqavilə işləri üzrə baş mütəxəssis Yelena Volik Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzinin və Qobustan Regional Təlim Mərkəzinin təlim-tədris prosesi ilə tanış olublar.

Təlim mərkəzləri ilə tanış olduqdan sonra təəssüratlarını bölüşərək «Qazprom»un Əməliyyat fəaliyyətinin idarəetmə sisteminin həyata keçirilməsi, Kəşfiyyat və hasilat blokunun istehsalat təhlükəsizliyi üzrə Departament rəisi A.R. Sarvarov tərəfindən SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə təşəkkür məktubu göndərilib.

Təşəkkür məktubunda deyilir:

«Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzinə ziyarət imkanı yaratdığınıza görə Sizə və Sizin komandanıza təşşəkkür edirik.

Şelfdə və dəniz akvatoriyasında təhlükəsizlik üzrə praktiki bacarıqlara nail olmaq üçün təlim mərkəzinin miqyası, texniki təchizatı və avadanlığın varlığı, o cümlədən təlimçilər heyətinin yüksək peşəkarlığı ziyarət zamanı bizdə böyük təəssürat yaratdı.

Sizə təlim mərkəzinin inkişafında bundan sonra da tərəqqi və nailiyyətlər arzulayırıq.»

Orxan Vahidoğlu, «İki sahil»