19 oktyabr 2018 16:14
793

STAR NEZ-in açılışı Türkiyə üçün mühüm hadisədir

STAR Neft Emalı Zavodunun (NEZ) açılışı Türkiyə üçün mühüm hadisədir.

Trend-in məlumatına görə, bunu zavodun baş direktoru Mesut İlter deyib.

O qeyd edib ki, STAR NEZ ölkə üçün strateji xarakter daşıyır.

M.İlterin sözlərinə görə, Türkiyədə dizelə tələbat hər il 7-8 faiz artır:

“STAR NEZ Türkiyəni ildə 5 milyon ton dizellə təmin edəcək. Bu, dizel idxalını 40 faiz azaldacaq”.

O əlavə edib ki, zavodun işə başlaması ilə Türkiyənin aviasiya yanacağına tələbatı tam təmin olunacaq.