21 noyabr 2017 21:33
686

BP Şimal dənizindəki üç aktivini “Serica Energy”yə satacaq

BP şirkəti Şimal dənizindəki üç aktivini “Serica Energy” şirkətinə satacaq.

AZƏRTAC BP-yə istinadla xəbər verir ki, şirkət Şimal dənizindəki “Bruce” yatağının aktivlər paketini “Serica Energy” şirkətinə satmağa qərar verib. BP qarşıdakı 4 il ərzində bu satışdan 300 milyon funt sterlinq ətrafında ödəniş almağı planlaşdırır.

Qeyd edək ki, “Bruce” yatağı 1974-ci ildə kəşf olunub və yataqdan hasilat 1993-ci ildə başlayıb.

Mərkəzi ofisi İngiltərədə yerləşən “Serica Energy” şirkəti neft-qaz kəşfiyyatı, işlənməsi və hasilatı ilə məşğul olur. Şirkət Avropa və Afrikada fəaliyyət göstərir.