21 noyabr 2017 21:33
753

Norveçin oktyabrdakı neft hasilatı proqnozdan aşağıdır

Norveçin oktyabr ayı üçün neft hasilatı proqnozdan aşağıdır.

AZƏRTAC Norveç Neft Direktorluğuna (NPD) istinadla xəbər verir ki, ölkənin neft hasilatı oktyabrda sentyabr ayı ilə müqayisədə gündəlik 141 min barrel artıb. Lakin ötən ay Norveçin gündəlik neft istehsalı NPD-nin aylıq proqnozundan 4,5 faiz az olub.

Keçən ay ölkənin təbii qaz satışları 1,5 milyard kubmetr artıb və sentyabr ayına nisbətən 10,9 milyard kubmetr təşkil edib.

Skandinaviya ölkəsinin gündəlik neft, təbii qaz və kondensat istehsalı isə oktyabr ayında təxminən 1,9 milyard barrel olub.