25 may 2017 19:54
349

Daha bir yaşayış məntəqəsinə təbii qaz verilib

Ağcabədi rayonunun Qiyaməddinli kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

“Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hazırda Ağcabədi rayonunun Qaravəlli kəndində də tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatdırılaraq, yaşayış məntəqəsinə təbii qazın verilişi təmin ediləcək.