18 oktyabr 2017 20:42
587

Rəsmi Bağdad Kərkükdə neft həcmini artıracaq

İraq hökuməti Kərkükdə neft həcmini artırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyi məlumat yayıb. Bildirilir ki, Kərkükdə yeni bir neft emalı zavodunun qurulması və bölgədən neft hasilatının gündəlik 1 milyon barrelədək artırılması nəzərdə tutulur. Hazırda Kərkükdəki neft əməliyyatları Rəsmi Bağdadın nəzarəti altında həyata keçirilir.