18 oktyabr 2017 23:46
576

Şimali İraqdan Ceyhana neft nəqli azalıb

Şimali İraqdan Ceyhan limanına nəql edilən xam neftin həcminin gündəlik 225 min barrelə gerilədiyi bildirilir. Əvvəllər boru kəməri ilə gündəlik 600 min barrel neft nəql edilirdi.

AZƏRTAC “reuters.com”a istinadla xəbər verir ki, İraqın şimalındakı Kürd bölgəsindən Ceyhan limanına nəql edilən xam neftin həcmi gündəlik təxminən 225 min barrelə enib. Dünən isə neft nəqlinin gündəlik 500 min barrel olduğu bildirilir.