Menu
  • 17-07-2018
      • Bakı 29+34

  • 17-07-2018
    • $ 1.7
      1.9874

1   2   3   4   5   6

NEFT-QAZ

Xəzər İbrahim: SOCAR-ın Türkiyəyə investisiyalarının həcmi bu il 20 milyard dollara çatacaq

13-01-2018 [ 16:03 ] [ oxunub:799 ]
A+ | A-

SOCAR-ın Türkiyəyə investisiyalarının həcmi bu il təxminən 20 milyard dollara çatacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim “Daily Sabah”a müsahibəsində deyib.

“Bu böyük rəqəmdir. Hazırda 40 min Türkiyə vətəndaşı SOCAR-ın bu ölkədəki layihələrində çalışır. Bu da Türkiyə üçün böyük rəqəmdir”, - deyə səfir əlavə edib.

Səfir hər iki ölkənin bir-birilərinin iqtisadiyyatına yatırımlar etdiyini söyləyib: “Ötən il Bakıda keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası zamanı hər iki ölkə prezidenti ölkələr arasındakı 2,5 milyard dollarlıq ticarət dövriyyəsinin əlaqələrimiz üçün kifayət qədər olmadığını bildirdilər. Bizlərin qarşısında artıq vəzifələr qoyulub. Əsas məqsəd bu rəqəmin 5 milyard dollara çatdırılmasıdır”.