20 iyul 2018 17:59
858

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” müsabiqə elan edir

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti 2 ədəd yedək gəmisinin Türkiyə Respublikasının, İstanbul şəhərindən Bakı şəhərinə daşınması ilə bağlı sığorta xidmətlərinin satın alınması məqsədilə açıq müsabiqə elan edir.

QSC-dən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (qiymət təklifi istisna olmaqla) 23 iyul 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş ikiqat zərfdə 25 iyul 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə təqdim edilməlidir.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 26 iyul 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda həyata keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər:

Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72

Əlaqə telefonu: (012) 599-00-03 (daxili:1400)