Menu
  • 22-11-2018
      • Bakı +10+12

  • 08-11-2018
    • $ 1.7
      1.9423

1   2   3   4   5   6

İQTİSADİYYAT

Dünyanın ən yaxşı hava limanının adı açıqlanıb

21-10-2018 [ 10:06 ] [ oxunub:448 ]
A+ | A-

"Business Traveller Awards 2018" mükafatının versiyası üzrə Sinqapurun Çanqi hava limanı 31-ci il ardıcıl olaraq dünyanın ən yaxşı hava limanı seçilib.

Trend-in məlumatına görə, Niderlandın paytaxtı Amsterdamın Sxiphol hava limanı Avropanın ən yaxşısı, Londonun Hitrou hava limanı isə "tax-free" sistemi ilə ƏDV məbləğini geri qaytarmaq istəyən şopinq həvəskarları üçün dünyanın ən yaxşısı seçilib.

Aviaşirkətlər arasında "British Airways" 3 nominasiya üzrə qalib gəlib: "Qısa məsafələrə ən yaxşı daşıyıcı", "Daimi müştərilər üçün ən yaxşı proqram" və "Ən yaxşı salon" (5-ci terminalın gözləmə zalına görə).

"Ən yaxşı loukoster" kateqoriyasında Britaniyanın "Easyjet" şirkəti qələbə qazanıb. "Şərqi Avropanın ən yaxşı aviaşirkəti" nominasiyasında "Aeroflot" birinci pillədə qərarlaşıb.

"Business Traveller Awards" mükafatı 1988-ci ildən oxucuların səsverməsinin nəticələri əsasında verilir

DİGƏR XƏBƏRLƏR