16 fevral 2018 23:46
1537

Büdcənin gəlir və xərcləri açıqlandı

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar ayında dövlət büdcəsinin gəlirləri 1393,1 milyon manat, xərcləri 976,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, büdcənin icrasında 416,6 milyon manatlıq və ya ümumi daxili məhsulun 6,9 faizi qədər profisit yaranıb.