21 noyabr 2017 20:44
728

İndiyədək 196 sahibkara 216 investisiya təşviqi sənədi verilib

Ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi özəl investisiyaların artımına ciddi töhfə verməkdədir. Ümumilikdə, 196 sahibkara 216 investisiya təşviqi sənədi verilib.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Şahin Mustafayev bildirib ki, 8 iqtisadi rayonu əhatə edən layihələrə təqribən 1,8 milyard manat investisiya yatırılır, bunun nəticəsində 13 mindən çox yeni iş yerləri açılacaq. İnvestisiya təşviqi sənədi almış 100-ə yaxın müəssisə artıq fəaliyyət göstərir, digərləri isə gələn ilin sonuna qədər fəaliyyətə başlayacaq.