Menu
  • 21-09-2017
      • Bakı 30+35

  • 21-09-2017
    • $ 1.7007
      2.0209

1   2   3   4   5   6

İQTİSADİYYAT

"Azəri-Çıraq-Günəşli" iqtisadiyyatın inkişafına yeni təkan verəcək

14-09-2017 [ 18:13 ] [ oxunub:30 ]
A+ | A-

«Azəri-Çıraq-Günəşli» neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var.»  Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimindəki nitqində Prezident İlham Əliyevin bu fikirləri bir daha təsdiq edir ki, ölkəmizin kifayət qədər neft ehtiyatları vardır.

Bakıdan təxminən 100 km şərqdə yerləşən "Azəri Çıraq Günəşli" yatağı Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft yatağıdır. Onun işlənməsi barədə ilk saziş 1994-cü ildə Azərbaycan hökuməti və altı xarici ölkəni   təmsil edən 11 beynəlxalq neft şirkəti  arasında, 30 illik müddətə imzalanıb. Bura 32 milyard dollardan artıq kapital  yatırılıb. 122 milyard dollara qədər gəlir əldə olunub. Sazişin uzadılmasına səbəb həm yatağın potensialının yüksək olmasını, həm də Azərbaycana olan inamı göstərir.

Milli Məclisin deputatı Tahir Mirkişili Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının və «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasının ölkə iqtisadiyyatının inkişafındakı rolunu "İki sahil" qəzetinə şərh edərək bildirdi ki, ilkin hesablamalar göstərir ki, "Azəri-Çıraq-Günəşli" yatağınından hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var: "Bu, bir daha göstərir ki, yatağın istismarı üçün çox böyük imkanlar var. Çünki yataq kommersiya cəhətdən kifayət qədər gəlirli sayılır. Eyni zamanda, keçən illər ərzində Azərbaycanın özünü kifayət qədər etibarlı tərəfdaş kimi göstərməsi, texnologiyalar cəlb olunmaqla istehsal və ixrac olunan neft gəlirlərinin bölüşdürülməsindəki şəffaflıq bir daha sübut edir ki, bu yatağın işlənməsi  üçün yeni bir müqavilənin imzalanmasına ehtiyac yaranıb.»

T.Mirkişili vurğuladı ki, "Azəri-Çıraq-Günəşli" yatağının istifadəyə verilməsi ilə Azərbaycan neftinin ixrac çoğrafiyasını da genişləndirdi: "Bu yatağın istismarından sonra Azərbaycan neftinin nəqli üçün Bakı-Tbilisi-Ceyhan boru xətti çəkilib. Əldə olunan gəlirlər qeyri-neft sektorunun, infrastruktur layihələrinin inkişafına təkan verdi. Sazişin uzadılması qarşıdakı illərdə də Azərbaycan iqtisadiyyatının inkişafına yeni təkan verəcək. Qeyd etmək istəyirəm ki, 1994-cü ildə «Əsrin kontraktı»nın imzalanmasından ötən 23 il ərzində həqiqətən də Azərbaycan çox sürətlə inkişaf edib. Ölkəmizin kifayət qədər böyük valyuta ehtiyatları var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılır. Cənab İlham Əliyev imzalanma mərasimindəki nitqində bildirdi ki, neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə edilərək 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, 50-dən çox olimpiya mərkəzi tikilib, 11 min kilometrdən çox yollar çəkilib, enerji infrastrukturuna, iqtisadi inkişafa, iqtisadiyyatın şaxələndirilməsinə nail olunub.»

Milli Məclisin deputatı qeyd etdi ki, yatağın istismarı üçün yeni texnologiyalar və investisiyalar tələb olunur. İnvestisiya və texnologiya olmadan dərinlikdən nefti çıxarmaq qeyri-mümkündür. Bu, o deməkdir ki, yeni müqavilə Azərbaycana ən müasir texnologiya və investisiya gətirəcək. İnvestisiya gəldiyi zaman neft sahəsinin inkişafı ilə yanaşı, digər sahələrin də inkişafına da təsir edəcək. Çünki təcrübə onu göstərir ki, neftin istismarı ilə bağlı həyata keçirilən texnologiyalar və investisiyalar eyni zamanda yan sektorun da inkişafına təkan verir.

Orxan Vahidoğlu, "İki sahil"

DİGƏR XƏBƏRLƏR

İQTİSADİYYAT