25 may 2017 16:34
251

Moody's: Azərbaycan iqtisadiyyatı artacaq

"Moody's Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatının 2018-ci ildə 1,8 faiz artacağını gözləyir.

Bunu agentliyin bank analitiki Petr Paklin Moody's-in Azərbaycan üzrə illik konfransında deyib.

O qeyd edib ki, ÜDM-in artımı neftin qiymətindən əhəmiyyətli dərəcədə asılıdır:

"Əgər neftin qiyməti bir barelə görə 50 dollardan yuxarı səviyyədə qalarsa, o zaman dövlət iqtisadi siyasəti dayandıracaq və dövlət investisiyalarını artıracaq".