15 dekabr 2017 21:45
735

Beş ölkə ilə hava əlaqəsi haqqında Hökumətlərarası Saziş hazırlanır

Beş ölkə ilə hava əlaqəsi haqqında Hökumətlərarası Saziş hazırlanır.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hava əlaqəsi haqqında Hökumətlərarası Sazişlərin mətnləri ilə bağlı danışıqlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) konfransı çərçivəsində aparılıb. Avstraliya, Keniya, Yeni Zelandiya, Tailand və Seyşel Adaları Respublikasından olan nümayəndə heyətləri ilə mülki aviasiya ekspertləri səviyyəsində hava əlaqəsi haqqında Hökumətlərarası Sazişlərin mətnləri razılaşdırılıb.