19 aprel 2018 22:11
1719

İlham Əliyev ilk xarici səfərini Türkiyəyə edəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçkilərdən sonra ilk rəsmi səfərini Türkiyəyə edəcək.

AzVision.az "Haber7"-yə istinadən xəbər verir ki, səfərin aprelin 25-də baş tutacağı bildirilib. 

Qeyd olunub ki, səfər çərçivəsində İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Türkiyənin baş nazir Binəli Yıldırmla görüşəcək. 

Qeyd edək ki, Azərbaycan və Türkiyənin dövlət başçıları seçkilərdən sonra ilk rəsmi səfərlərini bir qayda olaraq müvafiq olaraq qardaş ölkəyə gerçəkləşdirirlər. 2013-cü ildə prezident seçkilərindən sonra İ.Əliyev ilk rəsmi səfərini Türkiyəyə edib. 2014-ci ildə bələdiyyə seçkilərində qalib gələn Ərdoğan ilk səfərini Azərbaycana etmişdi. 2007-ci ildə də prezident seçilən Abdullah Gül ilk rəsmi səfərini Azərbaycana və ŞKTR-na etmişdi.