Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Adana şəhərində ağır tonnajlı yük maşınından 160,7 kiloqram heroin ələ keçirib.
AZƏRTAC xəbər verir ki, narkotik maddə yük avtomobilinin yanacaq çənindən aşkar olunub. Sürücü saxlanılıb. İstintaq aparılır.