19 aprel 2018 14:23
758

Milli valyutada olan əmanətlər iki dəfə artıb

Mərkəzi Bankın məlumatına görə, martın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 750,3 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, əmanətlərin 62,1 faizi xarici, 37,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən iki dəfə artıb. Xarici valyutada əmanətlər isə 14,6 faiz azalıb.