18 aprel 2018 14:25
937

Barbara Buş 93 yaşında vəfat edib

ABŞ-ın sabiq prezidenti, ata Corc Buşun həyat yoldaşı Barbara Buş 93 yaşında vəfat edib.

AZƏRTAC TASS İnformasiya Agentliyinə istinadla xəbər verir ki, bu barədə Buş ailəsinin rəsmi təmsilçisi Cim Makqrat özünün “Twitter” səhifəsində yazıb. Barbara Buş xroniki obstruktiv ağ ciyər xəstəliyindən əziyyət çəkib.

O, 1989-1993-cü illərdə ABŞ-ın birinci xanımı olub. Altı övladı olub, lakin qızlarından biri üç yaşında leykemiyadan ölüb.

Barbara Buşun 17 nəvəsi, habelə nəticələri qalıb.