18 aprel 2018 00:55
1794

Həkimlərdən məsləhət: “Fındıq-qoz yeyin, ürəyə xeyirdir”

Həftədə bir dəfə fındıq-qoz yemək ürək-damar sistemi xəstəlikləri riskini azaldır.

“Ölkə.Az” xəbər verir ki, İsveç alimlərinin yeni tədqiqatının nəticələri “Heart” jurnalında dərc edilib.

Məlum olub ki, fındıq-qoz yemək ürək sancısı riskini, ürək çatışmazlığı vəs. riskləri azaldır. Alimlər bildirirlər ki, orta hesabla ay ərzində 1-3 dəfə qoz-fındıq yemək aritmiya riskini 3%, həftədə 1-2 dəfə qəbul etmək 12%, həftədə 3 dəfədən çox yemək isə 18% azaldır.

Təcrübədə yaşı 45-83 arası dəyişən 61 min isveç iştirak edib. Onların ürək-damar sistemləri 17 il ərzində müşahidə edilib.

Cəmi 4983 ürək sancısı faktı qeydə alınıb.