17 aprel 2018 18:48
1062

Hemofiliyalı xəstələrin müalicə səviyyəsi ildən-ilə yaxşılaşır

2009-cu ildə ölkəmizdə 360 xəstə stasionar müalicə alınırdısa, 2017-ci ildə onların sayı 271 nəfər olub. Ötən il hemofiliyadan ümumilikdə 2759 nəfər müalicə olunub. 2012-ci ildə 31, 2013-cü ildə 36, 2014-cü ildə 37, 2015-ci ildə 28, 2016-cı ildə 27, 2017-ci ildə 30 xəstə üzərində böyük cərrahiyyə əməliyyatı aparılıb.

AZƏRTAC xəbər verir ki, bu statistikanı Ümumdünya Hemofiliya Gününə həsr olunmuş tədbirdə Səhiyyə Nazirliyinin Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri, dosent Elmira Qədimova çatdırıb. O, 2005-ci ildə qəbul olunmuş “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun qəbul olunandan bəri bu sahədə olan vəziyyət barədə danışıb.

Hemofiliyalı Xəstələrin Hemofiliyalı Xəstələr Assosiasiyasının sədri Gülnarə Hüseynova bu il həyata keçiriləcək layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bu il 44 ölkənin iştirakı ilə Brüsseldə keçiriləcək Avropa Hemofiliya Konsorsiumunun 31-ci konfransı haqqında bəhs edərkən həmin tədbirdən ölkəmizdən 15 nəfərədək nümayəndənin iştirak edəcəyini söyləyib.